Əsas səhifə
İstehsalat qrupu
«Made in Bakı Prodakşn» MMC – öz müştəriləri ilə uzunmüddətli əməkdaşlığa yönələn çoxprofilli şirkətdir.
Ən müasir texnoloji tələblərə cavab verən istehsalat bazası və əməkdaşların yüksək peşəkarlığı şirkətə müxtəlif layihələri həyata keçirməyə və bizim müştərilər qarşısında duran mürəkkəb məsələləri həll etməyə imkan verir.
Bizim əsas məqsədimiz ən perspektiv texnoloji yenilikləri reklamda, film istehsalatında tətbiq etməkdir, buna nail olaraq biz imicimizi artırırıq və müştərimizlə birlikdə gəlir əldə edirik.
Biz daima öz işimizi təkmilləşdiririk: həyat fəaliyyətinin bütün sahələrində: istehsalat, kommersiya, idarəetmə sahələrində qabaqcıl üsul və texnologiyaların tətbiqinə çalışırıq.
Biz öz fəaliyyətimizi elə təşkil edirik ki, prosesin hər bir mərhələsi maksimal keyfiyyətlə yerinə yetirilsin və hər bir növbəti mərhələdə prosesin əvvəlki mərhələsində yaranan çatışmamazlıqları kənarlaşdırmaq lazım olmasın.
Şirkət öz vəsaitlərini əməkdaşlarının peşəkar təhsilinin artırılmasına, yeni avadanlığın alınmasına yatırır və hər birimiz özünütəhsilin, ixtisasın artmasına və yeni informasiya texnologiyalarının mənimsənməsinə istiqamətlənmişdir.
Biz komanda işində effektiv iştiraka yönəlmişik və öz çiçəklənməmizi öz müştərilərimizin çiçəklənməsi ilə bağlayırıq.
Biz üstünlüyü keyfiyyətə qoyanlar üçün işləyirik! Bu isə o deməkdir ki, biz öz şirkətimizi fəaliyyətin bütün sahələrində: istehsalatda, sifarişçilərlə münasibətlərdə, buraxılan məhsulun keyfiyyətində, məsuliyyətdə nümunəvi etmək üçün birləşirik. Biz müştərilərimizin tələbatını ən yaxşı şəkildə təmin etməyə çalışırıq, həmçinin keyfiyyətli malların və xidmətlərin göstərilməsinə görə məsuliyyət daşıyırıq.
Şirkət nəinki ən yüksək keyfiyyətli apparaturaya sahibdir, həmçinin dünya bazarında texnoloji yenilikləri izləyir, buda şirkətə ən yeni avadanlığı əldə etməyə imkan verir. Məhz bu proqresdir, məhz bu bizim şirkətmizin əsas tərkib hissəsidir.
